Türk serialının Azərbaycanın ilk diplomat qadını Sara xatun roluna bu aktrisanı seçməsi qalmaqal yaratdı – FOTO
9-12-2025, 15:01
“Mehmed: Fetihler Sultanı” serialına yeni sima daxil olacaq.
Layihədə “Yeşilçam”ın aktrisası Selma Güneri Ağqoyunlu dövlətinin banisi Uzun Həsənin anası Sara xatun obrazını canlandıracaq.
Lakin bu seçim sosial mediada kəskin tənqidlərə səbəb olub. Belə ki, izləyicilər Azərbaycanın ilk diplomat qadını sayılan Sara xatunun botoks etdirmiş bir aktrisa tərəfindən canlandırılmasını müsbət qarşılamayıblar.
Bu mövzu ilə bağlı yazılan şərhlər arasında “Heç kim qüruru ilə yaşamadığı üçün tarixi seriallar botokslu və estetikli insanlarla doludur”, “Allah eşqinə, qadının üzündə botoks, dartılma – hər şey var. Tarixi seriallarda botokslu aktyor və aktrisalardan istifadə olunmaması qayda kimi qəbul edilməlidir. Serialın bütün atmosferini pozur” kimi fikirlər yer alıb.
Qeyd edək ki, serialın baş rolunu Serkan Çayoğlu canlandırır.