Güllünün ölümündə şübhəli bilinən qızı saxlanıldı

10-12-2025, 15:37           
Güllünün ölümündə şübhəli bilinən qızı saxlanıldı
“Güllü” adı ilə tanınan məşhur müğənni Gül Tutun qızı Tuğyan Gülter və onun dostu Sultan Nur Ulu, ölkədən qaçmağa hazırlaşdıqları vaxt Böyükçəkməcədə polis tərəfindən saxlanılıb.

Referans Media xəbər verir ki, Yalova Cumhuriyyət Baş Prokurorluğu tərəfindən müğənni Güllünün ölümü ilə bağlı aparılan istintaq çərçivəsində həyata keçirilən texniki və fiziki müşahidələrdən sonra barələrində həbs qərarı verilən Tuğyan Gülter və onun dostu Sultan Nur Ulu ölkədən qaçmağa hazırlaşdıqları zaman İstanbul Polis İdarəsi və Yalova Polis İdarəsinin birgə əməliyyatı nəticəsində saxlanılıblar.

Bundan başqa, Prokurorluq Güllünün ölümü ilə bağlı ciddi qətl şübhəsinin olduğunu bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]