Türkiyənin tanınmış aparıcısı qadağan edilmiş maddə qəbul edib videosunu Cem Yılmaza göndərdi

15-12-2025, 17:18           
Türkiyənin tanınmış aparıcısı qadağan edilmiş maddə qəbul edib videosunu Cem Yılmaza göndərdi
Türkiyədə narkotiklərlə mübarizə çərçivəsində aparılan əməliyyatda saxlanılan tanınmış televiziya aparıcısı Ela Rümeysa Cebecinin telefonundan özünün qadağan edilmiş maddə istifadə etdiyinə dair video aşkar edilib.

Bu barədə "Sabah" qəzeti xəbər verir.

Məlumata görə, Cebeci işlədiyi "HaberTürk" telekanalının binasında THC (tetrahidrokannabinol) maddəsini qəbul edərək bunu videoya çəkib və görüntüləri məşhur komediya ustası Cem Yılmaza göndərib.

Cem Yılmaz isə öz növbəsində göndərilən videoya "mən bu işləri 1988-ci ildə tərgitmişəm" deyə cavab verib.

Xatırladaq ki, Cebeci İstanbul Prokurorluğunun apardığı təhqiqat çərçivəsində digər televiziya aparıcıları Meltem Acet və Hande Sarıoğlu ilə birlikdə dekabrın 5-də saxlanılıb.

Saxlanılan zamanı Cebecinin əşyaları müsadirə edilərək tədqiq edilib. O, dekabrın 6-da sərbəst buraxılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru