” 55 min manatlıq xına mərasimləri təşkil edirəm”

16-12-2025, 00:08           
” 55 min manatlıq xına mərasimləri təşkil edirəm”
Şair Nazilə xına mərasimləri ilə bağlı açıqlaması ilə gündəmə gəlib.

Tribuna.az-ın məlumatına görə, “Rəngarəng” verilişində qonaq olan sənətçi təşkil etdiyi xına gecələrinin maliyyə tərəflərindən danışıb.

O, indiyədək 55 min manatlıq xına mərasimi təşkil etdiyini etiraf edib və bu məbləğin şəxsi qazancı olmadığını bildirib.

Nazilənin sözlərinə görə, sözügedən məbləğin böyük hissəsi mərasimin təşkilinə xərclənir:

“Bu pullar mənə aid deyil. Mənim qazancım cəmi 3500 manat olur. Çəkiliş heyətinə 4 min manat verilir, ansambl 3200 manat alır. İki Xalq artistinin qonorarları ümumilikdə 20 min manat təşkil edir. Rəqqasələrə hərəsinə 100 manat ödənilir. Dekor xərcləri isə 2 mindən başlayaraq 22 min manata qədər yüksəlir. Bundan başqa, oriental DJ, davul-zurna dəstəsi dəvət olunur və onların da hər birinə ayrıca ödəniş edilir”.

Səfərli əlavə edib ki, ümumi xərclər bəzən çox yüksək məbləğə çatır və bütün bu rəqəmlərə baxmayaraq, yekun məbləğin adı onunla hallanır:

“Ümumi xərc təxminən 55 min manat kimi göstərilir, amma bu məbləğin mənə heç bir aidiyyəti yoxdur. Sadəcə, məbləğin adı mənimlə çıxır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru