Bekhemlər ailəsində qalmaqal - Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

22-12-2025, 15:44           
Bekhemlər ailəsində qalmaqal -
Məşhur futbolçu Devid Bekhem və həyat yoldaşı Viktoriya Bekhem oğulları Bruklinin Milad bayramını həyat yoldaşı Nikola Peltz-Bekhemin ailəsi ilə keçirəcəyi açıqlandıqdan sonra onun sosial mediadakı hesabını blok ediblər.

Bu barədə “Daily Mail” qəzeti məlumat yayıb.

Bruklin həmçinin valideynlərinin sosial media hesablarından çıxıb. Jurnalistlər bunun Bekhemlər və oğulları arasında davam edən qalmaqalın göstəricisi ola biləcəyini ehtimal ediblər.

Bu arada, Bruklinin kiçik qardaşı, 20 yaşlı Kruz Bekhem valideynlərinin oğulları ilə əlaqəni kəsmək qərarı ilə bağlı şayiələri təkzib edib. “Bu yalandır. Anam və atam heç vaxt oğullarını izləməməyi dayandırmazdılar.Onlar mənim kimi bloklandıqlarını görüblər”, – deyə o, sosial mediada yazıb.

İddialara görə, mübahisə Viktoriya Bekhemin Bruklinin həyat yoldaşı Nikola Peltz-Bekhemi açıq şəkildə təhqir etməsindən sonra başlayıb. O, həmişə ətrafındakı qızlarla ortaq dil tapmağı bacardığını və yalnız axmaq insanlarla problem yaşadığını bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]