"Ala-toranlıq" filmlərinin ulduzu növbəti hissəni çəkməyə hazırlaşır

7-01-2026, 12:38           
"Ala-toranlıq" filmlərinin ulduzu növbəti hissəni çəkməyə hazırlaşır
Aktrisa Kristen Stüart "Ala-toranlıq" silsiləsindən olan yeni film çəkməyə hazır olduğunu bildirib.

Bu barədə "DailyAfisha" xəbər verir.

"Çox istərdim. Yeni adaptasiyanı çəkməyə məmnun olardım. Əlbəttə ki, remeyk çəkəcəyəm. Buna hazıram!" - deyə kino ulduzu bildirib.

Xatırladaq ki, Stüart filmdə "Bella" obrazını canlandırıb və məhz bu rolu ilə geniş şöhrət qazanıb.

Qeyd edək ki, Kristen Stüart rejissorluq debütünə 2025-ci ilin may ayında Kann Film Festivalında başlayıb. Onun "Suyun xronologiyası" filmi məhz burada nümayiş etdirilib.

"Ala-toranlıq" filmlərinə gəlincə, bu silsilədən olan ilk ekran əsəri 2008-ci ildə təqdim edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]