Populyar serialın yeni mövsümünün yayım tarixi açıqlandı

12-01-2026, 10:28           
Populyar serialın yeni mövsümünün yayım tarixi açıqlandı
"Netflix" yayım xidməti populyar "Wednesday" serialının üçüncü mövsümünün yalnız 2027-ci ildə ekranlara çıxacağını təsdiqləyib.

Oxu.Az xəbər verir ki, bu barədə "Hypebeast" məlumat yayıb.

Qərar şirkətin istehsal strategiyasına əsaslanır - bəzi layihələr hər il yayımlanır, böyük franşizalar isə fasilələrlə nümayiş olunur.

Artıq məlumdur ki, serialın üçüncü mövsümündə ulduz aktrisa Eva Qrin də rol alacaq. O, baş qəhrəmanın xalası Ofeliya obrazını canlandıracaq. Bacısı qızı kimi Ofeliya da ekstrasens qabiliyyətlərə malikdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]