76 yaşlı Meril Strip ikinci dəfə ailə qurmağa hazırlaşır — KİV

13-01-2026, 08:24           
76 yaşlı Meril Strip ikinci dəfə ailə qurmağa hazırlaşır — KİV
Aktrisanın seçdiyi şəxs tanınmış komikdir.

Əfsanəvi Hollivud aktrisası Meril Strip (“Medison dairəsinin körpüləri”, “Şeytan Prada geyinir”) və məşhur komediya ustası Martin Şort toy ərəfəsində ola bilərlər.

Tribuna.az xəbər verir ki, Bu barədə Radar Online mənbələrə istinadən yazır. Onların romansı ilə bağlı şayiələr hələ ötən ilin yanvarında yayılmağa başlayıb. Artıq noyabr ayında isə cütlük Nyu-Yorkda Off-Broadway səhnəsində nümayiş olunan “This World of Tomorrow” tamaşasını birlikdə izləyib. Mənbələrdən birinin sözlərinə görə, Strip doğrudan da aşiqdir:

“Dostlar pıçıldaşır ki, növbəti addım

toy olacaq. Martin ağıllıdır və əlbəttə ki, çox gülməlidir. O, Merili güldürür — yumor hissi isə olduqca cəlbedicidir”.
Hər iki məşhur üçün bu, ikinci nikah olacaq. 76 yaşlı Meril Strip altı ildən çox əvvəl həyat yoldaşı Don Qammerlə gizli şəkildə ayrıldıqdan sonra yenidən sevgiyə qəlbini açıb. 75 yaşlı Martin Şort isə 2010-cu ildə həyat yoldaşı Nensi Dolmanı yumurtalıq xərçəngi səbəbilə itirib.

“Yəqin ki, onların heç biri həyatlarının bu mərhələsində yenidən sevgi tapacağını təsəvvür etmirdi. Onlar ali sinifdə oxuyan iki yeniyetmə kimi görünürlər. Bu, çox şirindir”, — deyə mənbə əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]