Türkiyəli tanınmış aktyor Ufuk Özkanın səhhəti ilə bağlı narahatedici məlumat yayılıb.
Patrul.az xəbər verir ki, aktyorun qardaşı Umut Özkanın qaraciyər donoruna uyğunluq testi mənfi nəticə verib. Bu səbəbdən qaraciyər transplantasiyasına ehtiyacı olan Ufuk Özkan üçün uyğun donor axtarışları davam etdirilir.
Həkimlərin bildirdiyinə əsasən, uyğun donorun vaxtında tapılması aktyorun sağlamlığı baxımından həyati əhəmiyyət daşıyır. Ailə və yaxınları ictimaiyyətə müraciət edərək bu çətin prosesdə dəstək istəyiblər.
Qeyd edək ki, qaraciyər transplantasiyasında donorla xəstə arasında uyğunluq əsas şərt hesab olunur və bu uyğunluq təmin olunmadıqda əməliyyatın aparılması mümkün olmur.
Xatırladaq ki, Ufuk Özkan tamaşaçılara əsasən “Geniş Aile”, “Akasya Durağı”, “Zengin kız fakir oğlan” “Seksenler” serialları, eləcə də Recep İvedik film seriyasındakı rolları ilə tanınır.