"Meta", "TikTok" və "YouTube" məhkəməyə verildi

27-01-2026, 15:08           
"Meta", "TikTok" və "YouTube" məhkəməyə verildi
"Meta", "TikTok" və "YouTube" məhkəməyə verilib. Onlar gənc nəsil arasında psixi sağlamlıq böhranının formalaşmasına və dərinləşməsinə yol açmaqda ittiham olunurlar.

Bu barədə "Reuters" agentliyi məlumat yayıb.

İddia Kaliforniyada yaşayan 19 yaşlı bir qızın işi əsasında qaldırılıb. Onun bildirdiyinə görə, bu platformalara yaranan asılılıq depressiyasının ağırlaşmasına səbəb olub və onu intihar düşüncələrinə sürükləyib.

Eyni zamanda məlum olub ki, "Meta" şirkəti sosial şəbəkələrdən birhəftəlik imtinanın depressiya və narahatlıq səviyyəsini azaltdığını göstərən məlumatları gizlədib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]