"Sən ərini bir günlük mənə verirsən?" - Rəqsanəni bağışlamayacağına AND İÇDİ + VİDEO 

28-01-2026, 00:05           
"Sən ərini bir günlük mənə verirsən?" -
Müğənni Rəqsanə İsmayılova və aparıcı Səidə Bəkirqızı arasında yaranan qalmaqal davam edir.
Müğənninin səsləndirdiyi sərt fikirlərdən sonra aparıcı barəsində yalan məlumat yayıldığını deyib.

Səidə Bəkirqızı bildirib ki, məsələ ilə bağlı hüquqi müstəvidə müvafiq addımlar atılacaq:

“Əgər mən bu məsələni kiminsə xətrinə bağışlasam, atamın verdiyi çörək, anamın südü mənə haram olsun, bu həyatda məndən alçaq adam yoxdur. Dediklərini sübut etməsə, onun başını çox pis ağrıdacam.

Mən faktı göstərir və onun üzərindən danışıram. Heç kimin şərəf və ləyaqətini alçaltmıram, heç kimin əxlaqına toxunmuram. Amma qırmızı xəttə toxundunsa, mütləq cavab verəcəksən.

Bu, təzminat davası olmayacaq. Çünki mən şərəfimi və ləyaqətimi nə 50 minə, nə də 100 minə sataram. Yalan informasiya yaymağa görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində 6 aya qədər həbs cəzası nəzərdə tutulur. Hara qədər lazımdırsa, ora qədər gedəcəm”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]