Azərbaycan mədəniyyətinə ağır itki üz verib - Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası qətlə yetirilib...
10-02-2026, 16:34
Ağrılı və üzücü xəbərdi. Ən dəhşətlisi isə, bu hadisənin ARKA adlanan qurum (Azərbaycan Respublikası Kino Agentliyi) tərəfindən həyata keçirilməsidir. Yəni, bir neçə ay əvvəl, gecə yarı (?) hörmətli-izzətli Mədəniyyət Nazirliyinin tabeçiliyində olan ARKA-nın bir dəstə əməkdaşı studiyanı zəbt (işğal da demək olar) eləmək, qocaman bir sənət məbədini birdəfəlik əzmək, ləğv eləmək məqsədilə "Azərbaycanfilm"-ə hücum etdilər. Bu müthiş hadisənin davamı isə belədir: qeyd etdiyim qoçu dəstəsi əvvəlcə, on illərlə kinostudiyada işləyən və talelərinə, eləcə də alınlarına KİNO yazılmış işçiləri pərən-pərən salır, daha sonra, əsas işi kino istehsalı olan yaradıcı-sənaye bazasının strukturunu və fəaliyyət prinsiplərini tələm-tələsik dəyişdib, əvəzində "alqı-satqı" obyektinə çevriməsi prosesinə start verirlər. Və təzə "xozeyinlər" bütün bu "kreativ" əməllərini "Bağdaddakı kor xəlifəni yamsılamaqla həyata keçirirlər... Nəticədə, mənəviyyatımızın tərkib hissəsi olan daha bir müqəddəs sənət ocağı kor qoyulur... Kino ictimaiyyəti, milli mədəniyyətimizə, milli-mənəvi və əxlaqı dəyərlər sisteminə cavabdeh olan səlahiyyət sahibləri isə...hələ də susurlar!.. Təəssüf və səd heyif!. Eldaniz Quliyev TEREF