1980-ci illərin disklərində gizli təsvirlər üzə çıxdı

16-03-2026, 17:38           
1980-ci illərin disklərində gizli təsvirlər üzə çıxdı
Texnologiya kanalı "Tech Tangents"in müəllifi köhnə videodisklərin səthini böyük irilətmə altında araşdırarkən onların üzərində yazılmış təsviri görməyin mümkün olduğunu aşkar edib.

"IT Home" xəbər verir ki, maraqlı kəşf 15 mart 2026-cı ildə ekran və HDMI çıxışı olan yeni mikroskopun sınaqları zamanı edilib.

Söhbət 1980-ci illərdə istifadə olunan "Capacitance Electronic Disc" (CED) adlı videodisk formatından gedir. CED disklərində standart keyfiyyətli analoq videosiqnal yazılırdı. Məhz bu xüsusiyyət mikroskop vasitəsilə diskin səthindəki məlumatın vizual şəkildə fərqləndirilməsini mümkün edib.

Bloqer əvvəlcə adi lazer disklərini araşdırmağa başlayıb. "LaserDisc" disklərində sabit bucaq sürəti ilə işləyən "Constant Angular Velocity" rejimində məlumatların nizamlı həndəsi naxışlar şəklində göründüyü müəyyən edilib. Lakin sabit xətti sürətlə işləyən "Constant Linear Velocity" rejimində yalnız rəngli zolaqlar müşahidə olunub.

Disk səthinə daha diqqətlə baxarkən müəllif görüntünü üfüqi və ya şaquli istiqamətdə yavaş hərəkət etdirməklə yazının məzmununu seçməyin mümkün olduğunu aşkar edib. Ən aydın nəticələr isə CED diskini araşdırarkən əldə olunub.

Böyütmə, fokus və işıqlandırma bucağı düzgün tənzimləndikdən sonra diskin səthində köhnə film kadrlarını xatırladan aydınlıqda təsvirlər görünməyə başlayıb.

Bloqer videodisklərlə yanaşı mikroskop altında qarışıq rejimli kompakt diski və smartfonun OLED ekranını da araşdırıb. Araşdırma zamanı ekranda subpiksel strukturu da aydın şəkildə müşahidə olunub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru