Birgə yaşadıqları 60 milyonluq malikanəni CeyLo-ya verdi

12-04-2026, 11:44           
Birgə yaşadıqları 60 milyonluq malikanəni CeyLo-ya verdi
Aktyor Ben Afflek eks-həyat yoldaşı, müğənni Cennifer Lopezə 60 milyon dollarlıq dəbdəbəli malikanə hədiyyə edib.

TEREF xəbər verir ki, söhbət cütlüyün ailə qurduqdan sonra yaşadıqları Beverli-Hillzdə yerləşən mülkdən gedir. Onlar sözügedən villanı 2023-cü ilin mayında 60,85 milyon dollara almışdılar. Mülkdə 12 yataq otağı, 24 hamam, 12 maşınlıq qaraj, şəxsi lift, həmçinin basketbol meydançası, trenajor zalı, boks rinqi və hovuzdan ibarət böyük idman kompleksi var.

Boşandıqdan sonra ev satışa çıxarılsa da, qiyməti 68 milyondan 52 milyon dollara endirilməsinə baxmayaraq alıcı tapılmayıb. Ben isə mülkdəki payından imtina edərək onu CeyLo-ya bağışlayıb.

Qeyd edək ki, Cennifer Lopez dörd dəfə ailə qurub. O, ötən ilin yanvarında isə aktyor Ben Afflekdən boşanıb.
(axşam.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru