Kirkorovun "Mersedes"i bir milyarda satışa çıxarıdı
Bu gün, 00:10
Rusiyalı müğənninin avtomobili bir milyard rubla satışa çıxarılıb.
Bizimesr.az bildirir ki, bu barədə məlumat auto.ru saytında dərc olunub.
Sözügedən avtomobil, siyahıya əsasən, Filip Kirkorova məxsus olan Mercedes-Benz Viano Extra Long L3 I (W639) markalı avtomobildir. 2008-ci il modelinin odometr göstəricisi 170.000 kilometrdən çoxdur və dörd və ya daha çox sahibi olub.
"Bu avtomobilə ciddi və hörmətlə yanaşmanızı xahiş edirik. Unikallığı və tarixinə görə bu kimi avtomobillərə internetdə nadir hallarda rast gəlinir". 2025-ci ilin sentyabr ayında Filip Kirkorovun milyonlarla rubl dəyərində olan unikal Aurus Senat avtomobilinin şəkli çəkilib.