Məhəbbət Kazımov məşhur mahnısını niyə bir daha ifa etmədi? - Əməkdar artist haqqında bilinməyənlər - VİDEO

Bu gün, 17:14           
Məhəbbət Kazımov məşhur mahnısını niyə bir daha ifa etmədi? -
Baku TV-nin "Retro Baku" verilişinin yeni buraxılışı görkəmli xanəndə, Əməkdar artist Məhəbbət Kazımovun həyat və yaradıcılığına həsr olunub.

Verilişdə sənətkarın yaxın dostları və həmkarları onunla bağlı indiyədək geniş ictimaiyyətə məlum olmayan xatirələrini bölüşüblər. Diqqətçəkən məqamlardan biri Məhəbbət Kazımovun ifa etdiyi "Təkcə mənim olaydın" mahnısı ilə bağlı olub. Şair Zahir Abbas bildirib ki, Rusiyada konsert proqramında iştirak edən müğənni kriminal aləmlə əlaqəsi olduğu deyilən bir şəxsin görüşünə çağırılıb:

"Görüş zamanı həmin şəxs mahnının sözlərinin əsl müəllifi olduğunu iddia etdi. O bildirdi ki, sözləri sevdiyi bir qıza həsr edib, lakin həmin qızın yalanı ucbatından bir gənci öldürüb. Dedi ki, hər gün Allahdan günahlarının bağışlanmasını diləyir və həmin gəncin ruhuna rəhmət oxuyur. Məhəbbət Kazımovdan xahiş və tələb etdi ki, bu mahnını bir daha ifa etməsin. Məhəbbət Kazımov isə sözlərin müəllifinin mahnının ifasına razılıq vermədiyini nəzərə alaraq onun tələbini qəbul edib".

Şairin sözlərinə görə, sənətkar Rusiyadan qayıtdıqdan sonra "Təkcə mənim olaydın" mahnısını efirlərdə səsləndirməyib və onun təbliği ilə məşğul olmayıb. Məhəbbət Kazımov sağlığında bu hadisənin ictimailəşdirilməsini istəməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru