"Çalıquşu" serialının daha bir qəhrəmanı - Bursa maarif müdürü - kim idi bu aktyor?

Bu gün, 11:34           
"Çalıquşu" serialının daha bir qəhrəmanı -
"Çalıquşu" serialını uşaq vaxtı böyük maraq və diqqətlə izləyərdik. O vaxt beynimdə ilişib qalan bir obraz da vardı: Bursa maarif müdürü - kim idi bu aktyor? Film boyu Fransanı ancaq məth edirdi. Ən çox istifadə etdiyi cümlə: Axx Evropa, Evropaaa" idi. Bu söz həmişə dilimizə düşərdi. İllər sonra bu aktyor haqqında məlumatlar əldə edə bildim.
Savaş Başar 1938-ci ildə Ankarada dünyaya gəlib. O, türk teatrının, kinosunun və səsləndirmə sənətinin ən xarakterik simalarından biridir. Sənət fəaliyyətinə teatr səhnəsində başlayan Başar yaradıcılığının ilk illərindən Dövlət Teatrlarında, Ankara Sənət Teatrında (AST) və müxtəlif özəl teatr kollektivlərində çıxış edərək istedadını nümayiş etdirib.
Teatrdakı intizamlı və güclü aktyorluq məktəbi sonrakı illərdə ona kinoda mürəkkəb, dərin və çox zaman daxili konfliktlərlə yaşayan obrazları canlandırmaq imkanı yaradıb.
1970-ci illərin ortalarından etibarən türk kinosuna keçən sənətçi dram, kriminal və sosial-realist janrlı filmlərdəki uğurlu ifaları ilə Yeşilçamın ən çox tələb olunan xarakter aktyorlarından birinə çevrilib.
Aktyorluğu ilə yanaşı, Savaş Başar Türkiyədə səsləndirmə (dublyaj) sənətinin öncüllərindən və ən tanınmış səslərindən biri olub. Özünəməxsus, gur, təsirli və dramatik səs tembri ilə TRT ekranlarında yayımlanan bir çox xarici serial və filmlərdə məşhur obrazları səsləndirib.
Sənətçi ailəsinin nümayəndəsi olan Savaş Başar həm də özü kimi sənət dünyasında yer alan aktyor Kemal Başarın atası idi
O, 22 avqust 1985-ci ildə keçirdiyi infarkt nəticəsində 47 yaşında Ankarada vəfat edib.
Vasif Ayan












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]