Almaniya kəşfiyyatı geymerlərdən yararlanacaq - SƏBƏB

Bu gün, 12:18           
Almaniya kəşfiyyatı geymerlərdən yararlanacaq - SƏBƏB
Almaniyanın Federal Kəşfiyyat Xidməti (BND) rusiyalı hakerlərə qarşı mübarizə aparmaq üçün geymerləri işə cəlb etməyə başlayıb.

"The Telegraph" nəşri xəbər verir ki, kəşfiyyat xidmətinin əməkdaşları gənc mütəxəssisləri cəlb etmək məqsədilə Köln şəhərində keçirilən dünyanın ən böyük videooyun festivallarından biri olan "Gamescom 2026"da iştirak edəcəklər.

"Biz geymerlərlə axtardığımız əsas istedadlar arasında böyük oxşarlıq görürük: onlar texniki cəhətdən savadlıdırlar, müxtəlif rollara girməyi, missiyaları yerinə yetirməyi və qələbəyə qədər məqsədlərinə doğru əzmlə irəliləməyi sevirlər", - deyə BND nümayəndəsi Yuliya Linner qəzetə bildirib.

Xidmətin festivaldakı stendində ziyarətçilərə kibertəhlükəsizlik sahəsindəki bacarıqlarını yoxlamaq üçün beşmərhələli sınaq təqdim olunacaq. BND, həmçinin namizədləri cəlb etmək məqsədilə məxfilik və hakerlik bacarıqlarının yoxlanıldığı "BND Legends" adlı öz videooyununu hazırlayıb.

Almaniya kansleri Fridrix Mertsin hökuməti BND-yə Rusiyanın kiberhücumlarına cavab verməyə imkan verən islahatları təsdiqlədikdən sonra geymerlərin işə cəlb edilməsi prioritetə çevrilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]