Paşinyan Rusiyanın xəbərdarlığına məhəl qoymadı: AB-yə üzvlük üçün rəsmi müraciət...

Bu gün, 12:23           
Paşinyan Rusiyanın xəbərdarlığına məhəl qoymadı: AB-yə üzvlük üçün rəsmi müraciət...
Ermənistan AB-yə üzvlüklə bağlı ilk addım olaraq yaxın gələcəkdə rəsmi müraciət edəcək.
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə hökumətin 2026-2031-ci illər üçün proqramını təqdim edərkən deyib.
“İlk növbədə Ermənistanın Avropa İttifaqına üzvlük üçün rəsmi müraciət etməsi lazımdır”, – deyən Paşinyan prosesdən sonra yol xəritəsinin hazırlanacağını bildirib.
Paşinyan “Bu prosesə yaxın gələcəkdə başlaya bilərik” deyə qeyd edərək, Ermənistanın AİB-dəki tərəfdaşlarının tələblərinin və narahatlıqlarının da nəzərə alınacağını bildirib.
Ermənistanın Baş naziri AB-yə üzvlük məsələsində yekun mərhələyə gəlinəcəyi təqdirdə xalq səsverməsinin keçirilməsinin mümkün olduğunu da əlavə edib.
Xatırladaq ki, Ermənistan parlamenti 26 mart 2025-ci ildə ölkənin AB-yə qoşulması prosesinin başlanmasını nəzərdə tutan qanun layihəsini qəbul edib. Moskva isə İrəvanın Avropa ilə daha sıx inteqrasiyasının Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi Birliyinə (AİB) üzvlüklə uyğun gəlməyəcəyi barədə xəbərdarlığını təkrarlayır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]