İlhamə Quliyeva köməkçisi ilə vidalaşdı - Etibardan sui-istifadə edib...

5-10-2015, 13:23           
İlhamə Quliyeva köməkçisi ilə vidalaşdı - Etibardan sui-istifadə edib...
"Bir il iki aydır ki, Azərbaycanın və Dağıstanın xalq artisti, Şöhrət və Şərəf ordenli İlhamə Quliyevanın köməkçisi işləyən Hüseynova Mehriban Bəylər qızı 2015-ci il oktyabrın 9-da işindən azad edilib". "Qafqazinfo"ya bu barədə sənətkarın mətbuat katibi Faiq Ələkbərov məlumat verib.

O bildirib ki, buna səbəb Hüseynova Mehribanın sənətkarın etibarından sui-istifadə etməsi, səlahiyyətlərini aşan hərəkətlərə yol verməsi və qeyri-səmimiliyi olub. İlhamə Quliyevaya sözü, müraciəti olan yaxınları, sənət adamları, KİV nümayəndələrinin nəzərinə çatdırırıq ki, Hüseynova Mehriban Bəylər qızının sənətkar İlhamə Quliyevaya heç bir aidiyyatı yoxdur və onun köməkçi kimi bütün səlahiyyətləri əlindən alınıb.

Qeyd edək ki, Hüseynova Mehribanın işindən uzaqlaşdırılmasının səbəbləri ətraflı şəkildə yaxın günlərdə açıqlanacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]