Tramp Ərdoğanla müzakirə etdiyi məsələdən bəhs edib

15-01-2019, 07:42           
Tramp Ərdoğanla müzakirə etdiyi məsələdən bəhs edib
ABŞ prezidenti Donald Tramp bildirib ki, Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla telefon danışığında həmkarı ilə iki ölkənin iqtisadi əməkdaşlığını müzakirə edib.

"Report"un məlumatına görə, bu barədə Ağ Ev rəhbəri özünün "Twitter" səhifəsində yazıb.

"Türkiyə prezidenti Ərdoğanla danışdım... ABŞ və Türkiyə arasında iqtisadi məsələlər haqqında danışdıq – (iqtisadi məsələlərin -red) əhəmiyyətli genişlənmə üçün böyük potensial!" – deyə ABŞ prezidenti qeyd edib.

O, həmçinin əlavə edib ki, türk lideri ilə Suriyada təhlükəsizlik zonalarının yaradılması ideyasını və terrorçularla mübarizəni də müzakirə edib.

Daha əvvəl bildirilib ki, Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru