Prezident ilahiyyatçını rektor təyin etdi

18-01-2019, 09:32           
Prezident ilahiyyatçını rektor təyin etdi
Türkiyədə məşhur ilahiyyatçı Nihat Hətiboğlu Qazientep İslam Bilim və Texnologiya Universitetinin rektoru təyin edilib.

Teleqraf.com xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğanın müvafiq sərəncamı bugünkü rəsmi qəzetdə dərc olunub.

Dövlət başçısı daha 5 universitetə rektor təyinatına imza atıb.

Qeyd edək ki, Nihat Hətiboğlu Türkiyədə dini verilişlərin, o cümlədən Ramazan proqramlarının məşhur aparıcısıdır. Onun verilişləri geniş xalq kütlələri arasında sevilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru