Türkiyədə əsgərlər arasında kütləvi dava

31-08-2016, 09:27           
Türkiyədə əsgərlər arasında kütləvi dava
Türkiyənin Karabük vilayətinin Safranbolu rayonunda jandarm alayında əsgərlər arasında kütləvi dava baş verib.

“Anadolu” agentliyinin yaydığı məlumata görə, kütləvi dava alayın yeməkxanasında baş verib. Belə ki, 30 əsgər arasında yaranmış mübahisə sonradan kütləvi davaya çevrilib.

Vəziyyətin daha da ciddiləşdiyini görən növbətçi gizir havaya atəş açmaqla onlardan sakitləşmələrini tələb edib.

Kütləvi dava zamanı 1-i ağır olmaqla 10 əsgər yaralanıb. Yaralılar xəstəxanalara yerləşdirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru