Türkiyə Silahlı Qüvvələri:"32 kənd və qəsəbə İŞİD-dən təmizləndi"

1-09-2016, 00:28           

Suriyada "Fırat Qalxanı" adı altında İŞİD və YPG/PYD terrorçularına qarşı əməliyyat keçirən Türkiyə Silahlı Qüvvələrinin (TSK) Baş Qərargahı yeni açıqlama yayıb.

Strateq.az xəbər verir ki, bu gün Zavgar ve Külliya bölgələrində İŞİD terroristlərinin 25 hədəfi də fırtına topları ilə məhv edilib:

"Əməliyyatın 8-ci günündə türk qırıcıları tərəfindən terroristlərin sığındığı 4 bina da içərisindəki terrorçularla birgə dəqiqliklə vurulub. Ümumiyyətlə, 24 avqustdan bu günə qədər ASO ilə birgə hərəkət edən türk ordusu 32 kənd və qəsəbəni terrorçulardan təmizləyərək, yerli mülki şəxslərin sərəncamına verib".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru