PKK-çıdan şok etiraf - “Çevrilişdən sonra…”

2-09-2016, 15:42           
PKK-çıdan şok etiraf - “Çevrilişdən sonra…”
Avqustun sonlarında Türkiyənin Şanlıurfa vilayətinin Ceylanpınar rayonunda hərbçilərə təslim olan PKK üzvü sensasiyalı açıqlama verib.

2 il öncə təşkilata qoşulan İ.B. PYD-yə maddi yardımın hansı yollarla göndərildiyini deyib:

“ABŞ, İngiltərə, Fransa, Kanada, Almaniya və İtaliya təyyarələrlə 50 min ton silah göndərib. PYD 15 iyul dövlət çevrilişini gözləyirdi. Məqsəd Türkiyədə Amed təhülkəsiz bölgəsinin yaradılması idi. Çevriliş cəhdi uğursuz olduğundan plan reallaşmadı.

Silahlılar, sərhəd vilayətlər başda olmaqla, kürdlərin çoxluq təşkil etdiyi ərazilərdə xaos yaratmağı hədəfləyiblər. Təşkilatın əsas məqsədi Fərat çayının qərbini, Rakka və Cerablus daxil olmaqla, Aralıq dənizinə qədər bölgəni ələ keçirərək dəhliz yaratmaqdır.

PYD-nin İŞİD-dən alınan bölgələrdə ilk işi neft quyularına nəzarəti təmin etməkdir. Çıxarılan nefti ABŞ şirkətləri daha ucuz qiymətə alır. Bu satışdan əldə olunan böyük pullar İsveçrə banklarına göndərilir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru