Məhkəmədən İmamoğlu barədə qərar

19-10-2025, 09:14           
Məhkəmədən İmamoğlu barədə qərar
İstanbul Böyükşəhər Bələdiyyəsinin həbsdə olan sədri Əkrəm İmamoğlu barəsində "prokurorların təhqir edilməsi işi" nə məhkəmə başlamadan xitam verilib.

Modern.az xəbər verir ki, İmamoğlu vəkilləri vasitəsilə zərəri ödəyib.

İttihama əsasən, İmamoğlu 23 mart tarixində məhkəmədə verdiyi ifadə zamanı prokurorlara qarşı söylədiyi sözlərə görə “vəzifəli şəxsə vəzifəsindən dolayı ictimai şəkildə təhqir” maddəsi ilə 4 il 1 ayadək həbs və siyasi qadağa tələbi ilə mühakimə olunmalı idi. Onun 22 oktyabrda hakim qarşısına çıxması planlaşdırılırdı.

Lakin məhkəmə qərarında bildirilib ki, Türkiyə Cinayət Məcəlləsinin 75-ci maddəsinə görə İmamoğlu barəsindəki ittiham cəzanın məhkəməyə çıxmadan müəyyən məbləğin ödənilməsi ilə bağlanması proseduruna daxildir. İmamoğlu müəyyən olunan məbləği vaxtında ödədiyi üçün məhkəmə işə xitam verib.

Qərarda tərəflərin iki həftə ərzində İstanbul Apellyasiya Məhkəməsinə şikayət vermək hüququnun olduğu da qeyd olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru