BİR TÜRK BAŞLI BAŞINA MİLLƏTDİR.

10-03-2026, 09:54           
BİR TÜRK BAŞLI BAŞINA MİLLƏTDİR.
BİR TÜRK BAŞLI BAŞINA MİLLƏTDİR.
ƏL-CAHİZ
(ƏRƏB ALİMİ lX ƏSR)
ÇAR RUSİYASININ imperiya siyasətinə qarşı böyük bir mücadiləyə rəhbərlik edən bu şəxsin rus tarixçiləri əslən çeçen ollduğunu vurğula dılar, bəzi qərb tarixçiləri isə İTALYAN əsilli rahib ÇOVANNİ BATİSTA kimi təqdim etdilər. Görkəmli şərqşünas alim KAZAN universite tinin professoru MİRZƏ KAZIMBƏY isə onun PUQAÇOV üsyanı yatırıldıqdan sonra oradan Şimali Qafqaza qaçaraq çeçenləri və çərkəzləri yenidən ruslara qarşı üsyana qaldırmış ORENBURQDAN olan TATAR əsilli UÇERMAK (çeçenlər onu UŞURMA adlandırdılar) olduğunu yazırdı. Ruslara qarşı mübarizədə ardı-ardına qələbələrinə görə ona ŞEYX MANSUR ( 1762- 1794) (ərəb dilində qələbə çalan dini rəhbər) adını verdilər. Bir çox döyüşlərdən sonra OSMANLI imperiyasının Qaradəniz sahilindəki ANAPA qalasına sığınan ŞEYX MANSUR ona köməyə göndərilən BATTAL HÜSEYN paşanın məğlub olmasına baxmayaraq uzun müddətli mübarizədən sonra yaralı halda əsir alındı. ŞEYX MANSURUN mərdliyindən heyrətə gələn İmperatriça ll YEKATERİNAYA göstərmək üçün onu əlləri və ayaqları qandallanmış şəkildə SANKT-PETERBURQDA "QIŞ SARAYI" nın həyətində gəzdirdilər. ŞEYX MANSURİN müəmmalı ölümunə qədər SLİSSELBURQ qalasındakı SOLOVETSK monastrında həbsdə saxlandı.
SHAHMARDAN AHMEDLİ
TEREF













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru