Onlar özlərinə Qızılbaş deyilməsini şərəf bilirlər
Bu gün, 10:54
Alman səyyahı və tarixçisi, Adam Oleariy 17-ci əsrdə Qızılbaş dövlətində olmuş və onun xalqı haqqında bunları yazmışdı: "Bəziləri onları, təriqətlərinin (inancının) banisi olan Sofi sözündən götürərək, sofiyanlar (Sofianer) da adlandırırlar. Onlara həmçinin qızılbaşlar (Kisilbasch) da deyilir. İndi isə persiyalıların özləri bu adı bəyənmiş, məmnuniyyətlə belə çağırılmağa razılıq vermiş və hesab edirlər ki, bu ad onların inancının böyük bir sirrini daşıyır və onlara böyük şərəf qazandırır. "Qolştin səfirliyinin Moskva və Persiyaya səyahəti" əsəri Milli Kimlik