1935-ci il mart ayının 21-də, Rza Pəhləvinin göstərişi ilə dövlətin adı rəsmi olaraq İRAN (ariylərin torpağı) adlandırıldı.
21-04-2026, 10:14

1935-ci il mart ayının 21-də, Novruz bayramı günü Rza Pəhləvinin göstərişi ilə dövlətin adı rəsmi olaraq İRAN (ariylərin torpağı) adlandırıldı. Bu ad dəyişikliyi ideyası birbaşa Tehranın Berlin səfirliyindən, xüsusilə də nasist rejimindən təsirlənmiş İran səfiri Əbdülhüseyn Teymurtəş tərəfindən təklif edilmişdi. Bu birbaşa nasistlərə "biz də ariy irqindənik" mesajı ilə yarınmaq üçün addım idi. Məqsəd Almaniyanın "Ariyan" irqçi nəzəriyyəsinə uyğunlaşaraq, güclü müttəfiq qazanmaq və irqi üstünlük əldə etmək idi. Hit*ler də bunu lazımınca dəyərləndirdi və İranı "təmiz qanlı Ariyanlar" ölkəsi elan edərək öz irqçi qanunlarının tətbiqindən xüsusi olaraq azad etmişdi. Bu, çox ciddi bir diplomatik jest idi.
Rza Şahın nasistlərin yaratdığı "möcüzə"yə, Almaniyanın hərbi və iqtisadi yüksəlişinə açıq bir heyranlığı var idi. O, bu modeli öz ölkəsinin modernləşməsi üçün hakimiyyət nümunəsi kimi görürdü.
Müasir İran teokratik idarəetməsi də əslində nasizmin repressiv alətlərini tamamilə vərəsəliklə qəbul edib və rejimin əsas alətinə çevirib.
Hər cür ifrat fanatizm dünya üçün təhlükədir. Xüsusən də bu fanatizmi digər dövlətlərdə zorən yaymaq cəhdləri olanda artıq faciəyə çevrilir. İstər siyasi, istər dini fanatizm olsun.
Fars ziyalılarının üzvləri bu fərmandan məmnun deyildilər, çünki bunun arxasında nasist tərəfdarı bir niyyət var idi. Nasist iqtisadiyyat naziri Dr. Hjalmar Şaxt farsların ari mənşəli olması barədə şərh verdikdən sonra, Rza Şahın Almaniyadakı səfiri onu yuxarıda qeyd olunan fərmanı verməyə təşviq etdi və bütün xarici nümayəndələrdən rəsmi yazışmalarda "Fars" əvəzinə İran daxilindəki iranlılar tərəfindən istifadə edilən "İran" sözünü (yəni "Arilər diyarı") istifadə etmələrini istədi.
İlham Gadir
TEREF

