Keçmiş hakimin narkotik test nəticəsi açıqlandı: şok detallar ortaya çıxdı

Dünən, 17:58           
Keçmiş hakimin narkotik test nəticəsi açıqlandı: şok detallar ortaya çıxdı
Məşhur şəxslərlə bağlı aparılan narkotik vasitələrin istifadəsinə dair istintaq çərçivəsində saxlanılaraq həbs edilən keçmiş hakim Elif Karaarslanın narkotik test nəticəsi açıqlanıb.

Referans Media xəbər verir ki, Məhkəmə Tibb İnstitutu tərəfindən götürülən qan, sidik və saç nümunələrinin analizinə əsasən, onun test nəticəsinin müsbət olduğu bildirilib.

Məlumata görə, Karaarslanın orqanizmində kokain və metamfetamin izlərinə rast gəlinib.

İstanbul Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində 19 nəfər saxlanılmış, onlardan 8-i məhkəmə qərarı ilə həbs edilib, digərləri isə nəzarət şərti ilə sərbəst buraxılıb. Elif Karaarslan da həbs edilən şəxslər arasında yer alıb.

Hadisə İstanbulun Beşiktaş rayonunda fəaliyyət göstərən əyləncə məkanlarında aparılan əməliyyat zamanı üzə çıxıb.

Bundan əlavə, Karaarslanın həbsdən sonra sosial media hesabında abunəlik sistemini deaktiv etdiyi də bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru