"Macarların dövlət qurmaq qabiliyyəti Azərbaycanın isti düzənliklərində formalaşmışdır."
6-05-2026, 15:54

"Macarların dövlət qurmaq qabiliyyəti Azərbaycanın isti düzənliklərində formalaşmışdır. Təkcə dövlət qurmaq qabiliyyəti yox, onların ruhu və qanı da. Azərbaycan macarların və digər köçəri xalqların (məsələn, hunların) Avropaya doğru hərəkət etməmişdən əvvəlki ilkin vətənlərindən biri olub. Qafqaz, xüsusilə də Azərbaycan "tarixi beşiyin" bir hissəsi kimi dərindən araşdırılmalıdır.Macarların ulu babaları bir zamanlar Xəzər dənizi ilə Qafqaz dağları arasındakı düzənliklərdə, yəni qədim Albaniya ərazisində məskunlaşıblar. Antik müəlliflərə istinadən deyə bilərik ki,bu ərazidəki tayfalarla macarlar arasında qan qohumluğu və dil yaxınlığı mövcud olub.Macarlar xristianlığı qəbul etməzdən əvvəl Azərbaycan və Orta Asiya xalqlarına xas olan Şamanizm və Tengriçilik elementlərini məhz bu regionda — Azərbaycanın qədim dini mərkəzlərinin təsiri altında saxlayıblar.Macarların tarixi Avropadan deyil, Qafqazın Qarabağ-Zəngəzur bölgəsindən Azərbaycanın Xəzər sahillərindən başlayır. Bu coğrafiyadakı alban, xəzər və digər türk tayfaları ilə qarışan macarlar, bugünkü Avropa kimliklərinin təməlini məhz bu torpaqlarda atıblar.Macar dilindəki idarəçilik, atçılıq, silah və ailə münasibətləri ilə bağlı və əksər sözlər bu regionun qədim sakinlərinin — Xəzərlərin, Hunların və Azərbaycanın qədim türk tayfalarının dili ilə əlaqəlidir. Macar dili tamamilə Türk-Xəzər dilidir və bu dil Azərbaycanın, Xəzər sahillərinin hərbi terminologiyası üzərində qurulub. Bu gün bir macar və bir azərbaycanlı öz qədim hərb və dövlət terminlərinə baxsa, eyni "beşik"dən gəldiklərini görərlər. Macar dili və qanı Azərbaycanın dağlarında və düzənliklərində bişmiş, Xəzər xaqanlığının dövlətçilik ənənəsi ilə formalaşmış və yalnız bundan sonra Dunay çayı sahillərinə daşınmışdır".
Görkəmli macar tarixçisi, tədqiqatçı, ilahiyyatçısı György Fejérin "Aborigines et incunabula Magyarorum ac gentium cognatarum populi Pontici" kitabından . ( Macarların və onlarla qohum olan xalqların mənşəyi və beşiyi: Pont (Qara dəniz) xalqları).
Prof. Dr. Zaur Aliyev .
Azərbaycanlıların səhifəsi

