Uzun Həsən

8-05-2026, 11:04           
Uzun Həsən
Ağqoyunlu dövlətinin banisi, mənşəcə Oğuz türklərindən olan sərkərdə və dövlət xadimi.
Uzun Həsənin adı çəkiləndə çox zaman onun uzun olması, Ağqoyunlu dövlətinin əsasının qoyması yada salınır. Lakin, çox az adam bilir ki, məhz o, pərakəndə olan qanunları vahid “Qanunnamə” çərçivəsində birləşdirərək indiki hüququ kodekslərin əsasını yaratmış, islami bilikləri sadə əhaliyə çatdırmaq üçün “Quran” kitabını Azərbaycan türkcəsinə tərcümə etdirmiş, həmçinin apardığı müharibələr vasitəsilə ticarət yollarını və limanları nəzarət altına almış və beləliklə, Azərbaycanın gələcəkdə inkişafını təmin etməyə çalışmışdır.
Azərbaycan tarixinə Uzun Həsən uzaqgörən siyasətçi, mahir diplomat, bacarıqlı sərkərdə, qanunlar toplusu tərtib etməklə mərkəzləşdirilmiş dövlət qurmağa çalışan padşah, həmçinin quruculuq işlərinə, elm və mədəniyyətə himayədarlıq edən hökmdar kimi daxil olmuşdur.
Ölkənin iqtisadi həyatını dirçəltmək və vergi toplanmasını nizama salmaq məqsədi ilə onun başçılığı altında "Qanunnamə" adlı qanunlar toplusu yazılmışdır (ona "Həsən padşah qanunları" da deyilir). Dövlətin məşhur iqtisadçı və hüquqşünasları tərəfindən burada toplanmış qanunlar dövrün tələblərinə tam cavab verirdi. Belə ki, sonralar Səvəfi hökmdarları və Osmanlı sultanı Sultan Süleyman öz qanunlarını tərtib edərkən Uzun Həsənin "Qanunnamə"sindən istifadə etmişdilər.
Geniş quruculuq işləri aparan Uzun Həsəndən dövrümüzə bir çox abidələr qalmışdır. Həsən-Keyf qalası, Təbrizdə Nəsriyyə məscidi və onun nəzdində fəaliyyət göstərən mədrəsə, bir çox digər dini və ictimai binalar Uzun Həsən tərəfindən inşa etdirilmişdir. Təbrizdə ucaldılmış Qeysəriyyə bazarı bir zamanlar dünyanın ən böyük üstüörtülü bazarı hesab olunurdu. Uzun Həsənin sarayında elmi məclis fəaliyyət göstərir, burada 58 alim çalışırdı.
Uzun Həsən 1478-ci ildə Təbrizdə vəfat edib və Nəsriyyə kompleksində dəfn olunub.
Portret İtaliyalı rəssam tərəfindən çəkilib.
Ətayə Odər Əkbərsoy
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru