«Subar ölkəsi» coğrafiyasında arxeoloji kultur ardıcıllığı türk dövlət gələnəyinin mənşəyini öyrənməyə yardım edir. 11 Ona görə də, subarların yayıldığı ərazilərin 10 Джавахишвили, 1973, 346-349. 11 Son illər bu bölgədə Urfa yaxınlığında alman arxeoloqlarının aşkar etdiyi Göbəklitəpə məbədi 12 minillik yaşına görə hələlik dünyanın ən qədim tapınağı sayılır. 116 arxeoloji kulturunu diqqətə almadan, İkiçayarasında qurulan dövlətlərin etnik əsasını ayırd etmək mümkün deyil. Subarlar haqqında məlumatlar beş minil arası kəsilmədən davam edir. Aşağıda görəcəyimiz kimi, bu məlumatlardan bəlli olur ki, subarların bir qismi m.ö. IV minilin, bir qismi də II minilin ortalarından Azərbaycanın iç bölgələrinə çəkilmiş və sonralar oradan Quzey-Qafqaz və İtil çayı arasına keçmişlər. Daha sonralar isə Dağıstandakı subar boylarının bir hissəsi yenidən Azərbaycana qayıtmışdır. Təvəkgül Nəbioğlu TEREF