Kəngərlər m.ö 4000 il öncə

9-05-2026, 00:05           
Kəngərlər m.ö 4000 il öncə
Kəngər ən qədim Türk boylarından birinin adıdır. İndiki İran Körfəzinin qədim adı Kəngər Körfəzi olubdur.Sonralar bu qədim Türk torpaqlarına sumerlər, güneydən Ərəbistan yarımadasından samilərin (ərəblərin), Qara dənizin üzərindən aşaraq indiki Əfqanıstana gələn Arilər (perslər), Batıdan isə hetlər və hayların (ermənilər) gəlmiəşdir. Onların haradan nə vaxt gəldikləri haqqında dəqiq məlumatlar paylaşacam.
İkiçayarasının indiki Bağdaddan yuxarı hissəsi Sumer yazılarında Subartu (Subar), aşağı hissəsi isə Kiengir (Kəngər) adlanırdı. Kİ.EN.Gİ yazılıb, Kiengir oxunan bölgə ilə Subartu arasında sonralar Akad (Aqade) şəhəri salınan Ki-Uri bölgəsi yerləşirdi. Öncə sumerlərin Kiengir adlanan əraziyə gəlib məskunlaşmışdır.
Şumerlərin özlərini qədim Türklərdən sayılan “Kanqar” (Kəngər) adlandırmalarını və s. nəzərə alaraq belə bir məntiqi nəticəyə gələ bilərik ki, Şumerlər Türkdür və dünyaya ilk səsli əlifbanı və yuxarıda qeyd edilən bütün maddi və mənəvi mədəniyyət nümunələrini Kanqar-Şumer Türkləri yaratmış və sonrakı bütün xalqlar da onlardan yararlanmışlar.
Kəngərli eli və ya Kəngərli tayfası — Azərbaycan türklərinin etnogenezində iştirak etmiş türk mənşəli tayfalardan biri. Kəngərlilərin varislərinin bir qismi hal-hazırda Azərbaycan Respublikasında və İranın müxtəlif regionlarında yaşamaqdadırlar. Onlar Səfəvi imperiyası dövründə əsas Qızılbaş tayfalarından biri olan Ustaclıların bir tirəsini təşkil etmişdirlər.
Təvəkgül Nəbioğlu
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru