İraq türkmanları hökumətdən kənarda qaldılar: "Bu bizim siyasi iradəmizi görməzdən gəlməkdir"
Bu gün, 09:18
İraqda yeni hökumət qurulanda ölkənin əsas ünsürlərindən biri olan İraq türkmanları nazirlik təmsilçiliyindən məhrum edilib.
Yenicag.az xəbər verir ki, bunu İraq türkmanlarının millət vəkili Ərşad Salihi deyib.
O qeyd edib ki, türkmanların hökumətdən kınarda qalması yanaşması onların tarixi varlığını, fədakarlıqlarını və siyasi iradəsini görməzdən gəlməkdir:
“Türkmanlar üçün ayrılacaq hər hansı bir vəzifənin məzhəb və ya dini kimlik şərtinə bağlanmasını qəbul etmirik. İraq türkmanları heç bir siyasi və ya məzhəbi quruluşun “arxa bağçası” deyil. Türkman milli kimliyi dar siyasi hesablamalara təslim edilə bilməz.
Bizim ortaq məxrəcimiz türkman kimliyi və milli iradədir. Türkmanların təmsil olunma hüququna, gələcəyinə və siyasi qərarına yalnız türkmanlar qərar verər”.