Bütün dolaşıq işlər həmişə gedir erməni məsələsinə çıxır.

11-06-2026, 10:28           
Bütün dolaşıq işlər həmişə gedir erməni məsələsinə çıxır.
Demək xəbərlərdə oxudum Ermənistan yezidi (ezidi) kürdlərinin lideri Knyaz Həsənov (kürdlər Kinyazê Hemîdê Fet adlandırır) Paşinyanın partiyasından yenidən deputat seçilib.
Bilənlər bilir, 80-dən çox yaşı olan bu adam uzun illərdir ki, deputatdır, yezidi kürdlər adından çıxışlar edir. Azərbaycanı da arada hədələyirdi qabaqlar.
Demək kürd xəbər saytlarından oxudum ki, sən demə bu Knyaz Həsənovun qızı Narin Nadirova Diyarbəkirin Amedspor Futbol komandasının İdarə heyətinin üzvü imiş.
Nurlana Nadirova da elə belə adam deyil, Qazaxıstan vətəndaşıdır, maliyyəçidir, "Home Credit Bank"a rəhbərlik edib, nüfuzlu şəxsdir.
Bilməyənlərin nəzərinə onu da çatdırım ki, Amed Diyarbəkr sözünə qarşı separatçı kürdlərin ortaya atdığı addır. Bu yaxınlarda diyarbəkirdən olan keçmiş kürd deputat Altan Tan axırda dilə gəldi ki, əslində Amed sözü də kürd sözü deyil, qədim Suryani dilindən gəlirmiş. Amma indi Diyarbəkr türk (Ağqoyunlu) adı olduğu üçün separatçı kürdlər onun əvəzinə Amed sözünü ortaya atıblar.
Mənə maraqlı gələn ermənistanlı yezidi kürd qadının Amedspor komandasının rəhbərliyində yer alması oldu. Bütün dolaşıq işlər həmişə gedir erməni məsələsinə çıxır.
Kenan Rovshanoglu
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru