Qripəbənzər epidemiya: Çox sayda ÖLƏN var- bu ölkədə

13-01-2026, 12:44           
Qripəbənzər epidemiya:
İtaliyada çox sayda insan qripəbənzər simptomlara malik yeni xəstəlik səbəbindən ölüb.
Ajans.az xəbər verir ki, bu barədə "Corriere Fiorentino" qəzeti məlumat yayıb.

Məlumata görə, Kastilyon Fiorentino şəhərində hətta koronavirus pandemiyası dövründə belə bu qədər yüksək ölüm nisbəti qeydə alınmayıb.

Şəhərin meri Mario Aqnellinin sözlərinə görə, hazırda burada qəbirlər bir-birinin ardınca qazılır. Qripəbənzər xəstəlik yayıldıqdan bir neçə gün sonra ona yoluxan bir neçə nəfər ölüb.

Mer qeyd edib ki, oxşar vəziyyət qonşu bölgələrdə də baş verir. Arezzo əyalətindəki əsas xəstəxanada on yeddi dəfn mərasimi salonu yaradılıb.

İndiyədək yeni epidemiyanı törədən virus və onun qurbanlarının dəqiq sayı açıqlanmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru