Apteklərdə dərman qıtlığı yaşanır: Bəzi dərmanlar niyə tapılmır? - VİDEO

16-01-2026, 00:06           
Apteklərdə dərman qıtlığı yaşanır: Bəzi dərmanlar niyə tapılmır? - VİDEO
Son günlər Azərbaycanda xüsusilə qrip və digər mövsümi respirator infeksiyaların müalicəsində istifadə olunan bəzi preparatların tapılmaması vətəndaşlar arasında ciddi narahatlığa səbəb olub. Mütəxəssislər bildirir ki, bu vəziyyət qlobal xarakter daşısa da, daxili bazarda da ciddi boşluqlar yaranıb.

Bu barədə Yenicag.az-a açıqlama verən əczaçı Qalib Məmmədov qeyd edib ki, bu il respirator infeksiyalar bütün dünyada kəskin şəkildə artıb:

“Hazırda elə bir vəziyyət yaranıb ki, bir ailədə az qala bütün üzvlər virusa yoluxub. Bu kütləvi yoluxma apteklərə üz tutanların sayını və dərman tələbatını kəskin artırıb. Statistikaya əsasən, bu il respirator infeksiyalara yoluxma əvvəlki illərlə müqayisədə 7-8 dəfə çoxdur”.

Əczaçının sözlərinə görə, tələbatın artması nəticəsində spesifik dərmanların ehtiyatı sürətlə tükənib:

“Xüsusilə tənəffüs çatışmazlığı, boğulma və şiddətli öskürək zamanı tətbiq edilən inhalyasiya dərmanları defisitə çevrilib. Problem təkcə xəstəliyin artması ilə deyil, həm də idxalçı şirkətlərin hazırlıqsızlığı ilə bağlıdır. Mövsümi artımı və pandemiyaya bənzər vəziyyəti öncədən proqnozlaşdıra bilməyən şirkətlər az həcmdə dərman gətiriblər. Nəticədə artıq bir həftədən çoxdur ki, apteklərdə ciddi çatışmazlıq yaşanır”.

Qalib Məmmədov problemin müvəqqəti olduğunu və yaxın vaxtlarda normallaşacağını bildirib:

“Yeni dərman partiyalarının ölkəyə gətirilməsi və qeydiyyat prosesi təxminən 20 gün 1 ay vaxt aparır. Bu müddətdə müəyyən defisit davam edə bilər. Lakin yaxın günlərdə həm virusun yayılma sürətinin azalması, həm də yeni tədarüklərlə vəziyyətin bərpa olunacağı gözlənilir”.

Ətraflı videomaterialda:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru