Astronomlar kosmosda dəmirdən "lent" aşkar ediblər

17-01-2026, 16:38           
Astronomlar kosmosda dəmirdən "lent" aşkar ediblər
Böyük Britaniyadan olan astronomlar Lira ulduz qrupunda yerləşən Halqa dumanlığının içində dəmir atomlarından ibarət nəhəng "lent" aşkar ediblər. Onun uzunluğu 3 trilyon kilometrdir və kütləsi Marsla müqayisə edilə bilər.

Oxu.Az-ın xəbərinə görə, bu barədə London Universitet Kollecinin Mətbuat Xidmətindən məlumat verilib.

"Biz "WEAVE" cihazının Uilyam Gerşel teleskopuna qoşulmasından sonra əldə etdiyimiz məlumatları emal etdikdə, bu dumanlığın içərisində əvvəl məlum olmayan obyekt - ionlaşmış dəmir atomlarından ibarət nəhəng "lent" aşkarladıq ki, bu "lent" qaz və toz buludunun bütünlüklə mərkəzindən keçir", - deyə London Universitet Kollecinin tədqiqatçısı Rocer Vesson bildirib.

Qeyd edilir ki, Vesson və həmkarları bunu "WEAVE" spektroqrafının rejimlərindən birini sınaqdan keçirərkən aşkar ediblər. Kanar adalarında 4.2 metrlik Uilyam Gerşel teleskopunda quraşdırılmış bu müasir astronomik cihaz yaxınlıqdakı qalaktikalar və planetar dumanlıqlar kimi uzun və geniş kosmik obyektlərin ətraflı spektrlərini əldə etmək üçün nəzərdə tutulub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru