Həkim istirahət üçün ən faydalı ayları açıqladı

21-01-2026, 15:18           
Həkim istirahət üçün ən faydalı ayları açıqladı
"Sağlamlığınızı yaxşılaşdırmaq üçün may, iyun, sentyabr və oktyabr aylarında istirahət etmək yaxşıdır".

Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə rusiyalı həkim İvan Yeryomenko məlumat verib.

"Bu dövrdə havanın temperaturu mülayim, gündüz saatları uzun və ürək-damar sisteminə düşən yük minimaldır. Bu, bədənin tam istirahət etməsinə, yuxunu yaxşılaşdırmağa, hormonal balansı normallaşdırmağa və immunitet sistemini gücləndirməyə imkan verir", - deyə həkim mövqeyini əsaslandırıb.

Qeyd olunub ki, yaz istirahəti maddələr mübadiləsini sürətləndirir və qışdan sonra enerjini artırır. Eyni zamanda, payız istirahəti mövsümi yorğunluq riskini azaltmağa kömək edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru