İsa Həbibbəyliyə çətir tutan şəxsin kimliyi BƏLLİ OLDU - FOTO

21-01-2026, 17:17           
İsa Həbibbəyliyə çətir tutan şəxsin kimliyi BƏLLİ OLDU - FOTO
Sosial şəbəkələrdə müzakirə olunan, AMEA-nın Prezidenti İsa Həbibbəyliyə çətir tutan şəxsin kimliyi bəlli olub.

KONKRET.az xəbər verir ki, bu şəxs AMEA Rəyasət Heyətinin elmi katibi Coşqun Məmmədovdur. O uzun müddət Akademiyanın vitse-prezidentinin xidmətində çalışıb.


Qeyd edək ki, akademik İsa Həbibbəyli son illərdə davranışları və açıqlamaları ilə medianın diqqətindən yayınmır. Bu dəfə o, 20 yanvar günündə əməkdaşının tutduğu çətirlə gündəm olub. Xatırladaq ki, Prezident İlham Əliyev 20 yanvar şəhidlərinə ehtiramını bildirərkən çətirini özü tutmuşdu. Sosial şəbəkələrdə dövlət başçısının bu addımı təqdir olunmuşdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru