Mobil dünyada "böyük köç": Milyardlarla dolların yeni ünvanı bəlli oldu

22-01-2026, 18:08           
Mobil dünyada "böyük köç": Milyardlarla dolların yeni ünvanı bəlli oldu
2025-ci ildə smartfon istifadəçiləri mobil oyunlarla müqayisədə tətbiqlərə daha çox vəsait xərcləyiblər.

Oxu.Az xəbər verir ki, bu barədə "TechCrunch" nəşri "Sensor Tower" şirkətinin hesabatına istinadən məlumat yayıb.

Əvvəllər bu cür göstəricilər yalnız ayrı-ayrı regionlarda, məsələn, ABŞ-də müşahidə olunurdu. Lakin 2025-ci il bu tendensiyanın qlobal xarakter aldığı ilk il kimi qeydə alınıb. Hesabata əsasən, istifadəçilər mobil tətbiqlərə təxminən 85 milyard dollar xərcləyiblər ki, bu da 2024-cü illə müqayisədə 21 faiz artım deməkdir. Mobil oyunlara çəkilən xərclər isə 81.8 milyard dollar təşkil edib və bu göstərici cəmi 1 faiz artıb.

Gəlirin əsas artım mənbəyi süni intellekt əsaslı tətbiqlər olub. Bu kateqoriyaya aid tətbiqlər 2025-ci ildə ümumilikdə 5 milyard dollar gəlir əldə edib. Onların yüklənmə sayı da demək olar ki, üç dəfə artaraq 3.8 milyarda çatıb. Bu sahədə lider üçlük "ChatGPT", "Google Gemini" və "DeepSeek" tətbiqlərindən ibarətdir.

Generativ süni intellekt tətbiqləri ötən il ərzində də sürətli artım nümayiş etdirib. İstifadəçilər bu tip tətbiqlərdə ümumilikdə 48 milyard saat vaxt keçiriblər. Bu göstərici bir il əvvəllə müqayisədə 3.6 dəfə, 2023-cü illə müqayisədə isə 10 dəfə çoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]