Alimlər yüzmilyonlarla il əvvəl mövcud olmuş yeni həyat formasını aşkarlayıblar

23-01-2026, 15:18           
Alimlər yüzmilyonlarla il əvvəl mövcud olmuş yeni həyat formasını aşkarlayıblar
Alimlər Yer üzündə yüzmilyonlarla il əvvəl mövcud olmuş yeni həyat formasının aşkarlanması barədə məlumat veriblər. Söhbət qədim prototaksit orqanizmindən gedir ki, yeni məlumatlara görə, o, nə göbələk, nə də bitki sinfinə aiddir.

Məlumatı "Daily Mail" nəşri yayımlayıb.

Tədqiqatın nəticələrinə görə, prototaksit təxminən 410 milyon il əvvəl mövcud olub və təxminən 360 milyon il əvvəl məhv olub. Onun hündürlüyü səkkiz metrə çata bilərdi. Əvvəllər bu orqanizmin nəhəng göbələk olduğu hesab edilirdi, lakin yeni sümük təhlili bu versiyanı təkzib edib.

Tədqiqat göstərib ki, kimyəvi və anatomik xüsusiyyətlərinə görə prototaksit məlum olan heç bir mürəkkəb orqanizm qrupuna uyğun gəlmir. Alimlər belə nəticəyə gəliblər ki, o, tamamilə məhv olmuş və müasir analoqu olmayan ayrıca təkamül xəttinə məxsusdur.

Sümük nümunələri Şotlandiyanın Rini rayonunda aşkar edilib. Onlar artıq muzey kolleksiyalarına daxil edilib və mütəxəssislərin sözlərinə görə, Yerdə mürəkkəb həyatın ilkin inkişaf mərhələlərinə yeni baxış gətirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru