Maşını sürən Adam Kadırov özü olub.

25-01-2026, 09:34           
Maşını sürən Adam Kadırov özü olub.
Çeçenistan, Qroznı kənarı avtoyolda, Ramzan Kadlrovun oğlu Adam Kadırov olan avtomobil ağır qəzaya uğradı. Adam ağır yaralandı, onun yanında əyləşən və həm sürücüsü deyilən Apti İrasxanov həlak oldu. Çeçenistan və Rusiyanın rəsmi mənbələri bəyan etdilər ki, maşını o Apti sürüb, Adam isə elə də bir ağır xlsarət almayıb. Adam və heç kimə qəza arzu etmirəm. Amma.
Qəza barədəki dürüst fikrimi deyim. Çox elə də dərin analiz, xüsusi araşdırma və ekspertizaya varmadan, ümumi mənzərə vəziyyəti aydın edir və rəsmi bildirişin bəzi məqamlarını təkzib edir.
Belə ki...
Maşını sürən Adam Kadırov özü olub. 19 yaşda gənc və maşın həvəskarıdır. Həmişə özü sürüb, sürücüsü olmayıb heç. Ölən isə, sürücü deyil və Adamın böyük mühafizə xidməti komandasının rəisidir, polkovnik. Və həm də, Çeçenstan Daxili İşlər Naziri Aslan İrasxanovun qardaşı oğludur. Belə bir vəzifə və səviyyədə olan sürücülük yox, Adamın yanında oturub onu tam mühafizə edər.
Yanda sağda oturan Apti İrasxanov niyə, ölüm dərəcə xəsarət alıb? Belə görünür ki, maşın çox yüksək sürətlə idarə olunub, qarşıda da ağır yük maşını gedib, ya da çox ağır maneə olub. Adam da xilas üçün maşını çevik sola qaçırdarkən bu əsas zərbə sağı, yəni yanda oturan tərəfi, tutub. O şəkil yayıblar, sol tərəfi əzilmiş, köhnə və ayrı şəkildir, elə yüngül, sürüşmə əziklə ölüm olmur.
Adam Kadırovun xəsarətləri ağır, vəziyyəti kritik olub. Olmasaydı, Qroznıdakı yüksək imkanlı bir klinika həkimləri, sağlığı bərpa üçün bəs edərdi. Və o da, bəs olmasa, Moskvadan təcili MÇS-in təyyarəsilə gələn təcrübəli həkimlər bəs edərdi. Daha, təzədən Adamı təcili Moskvaya aparma, onu, daha xüsusi şəraitli klinikaya yerləşdirmə kəskin ehtiyacı yaranmazdı. Allah sağlıq versin.
P. S.
Birinci şəkildə Adam Kadırov və ölən mühafizə rəisi Apti İrasxanovdur. Hansısa, baxış tədbiri.
İlqar Altay.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru