Dayaz akvatoriyada texniki seçim: ABŞ istehsalı qayıqların Xəzərə uyğunluq ANALİZİ
28-01-2026, 16:52

...ABŞ Prezidenti Donald Trampın açıqlamasında Azərbaycana satılacaq müdafiə məhsulları sırasında qayıqların xüsusi olaraq qeyd edilməsi sadəcə texniki detalların sadalanması deyil, Xəzər dənizinin əməliyyat reallıqlarını düzgün oxuyan strateji yanaşmanın göstəricisidir. Trampın “Truth” sosial şəbəkəsində paylaşdığı və Azərbaycanla strateji tərəfdaşlığın gücləndiriləcəyini vurğuladığı bu bəyanat sülh sazişinə əməl olunması fonunda hərbi əməkdaşlığın məhz praktik və məqsədyönlü sahələrə fokuslanacağını göstərir. Qapalı hövzə olan Xəzərdə təhlükəsizlik məntiqi okean donanması modelindən kəskin şəkildə fərqləndiyindən, burada üstünlük iri döyüş gəmilərinə deyil, sürətli reaksiya verən, dayaz zonalarda manevr edə bilən, sahilə yaxın riskli sektorları fasiləsiz nəzarətdə saxlayan və kiçik, çevik təhdidləri dərhal məcbur edə bilən qayıqlara verilir. Məhz bu səbəbdən qayıqların ayrıca vurğulanması satış siyahısında təsadüfi seçim yox, Xəzərin diktə etdiyi texniki və əməliyyat məntiqinin birbaşa ifadəsidir.
Bu məntiqin praktik əsasları Xəzərin coğrafiyası və infrastruktur quruluşunda daha aydın görünür: əməliyyatların əsas hissəsi sahilə yaxın zolaqda, dayaz və mürəkkəb dib relyefi üzərində, üstəlik enerji obyektlərinin sıx yerləşdiyi həssas sektorlarda cərəyan edir. Belə mühitdə platformanın dəyəri onun tonnajı ilə deyil, həmin riskli sektorlara nə qədər tez daxil olub nəzarəti bərpa etməsi, manevr məhdudiyyəti yaşamadan patrul aparması və insidentləri eskalasiyaya çevirmədən idarə etməsi ilə ölçülür.
...Bu kontekstdə ABŞ istehsalı qayıqların texniki fəlsəfəsi Xəzər reallığı ilə üst-üstə düşür. “SAFE Boats International” şirkətinin “Defender”, “Response” və “Interceptor” seriyalı qayıqları ABŞ Sahil Mühafizəsi və digər təhlükəsizlik strukturlarının əsas platformalarıdır. Bu qayıqlar 9-13 metr uzunluğa, 45-50 düyün sürətə malikdir, gücləndirilmiş gövdəsi və modul quruluşu sayəsində müxtəlif missiyalar üçün uyğunlaşdırıla bilir.
Bu seriyaya daxil olan qayıqlar üzərində “12.7 mm M2 Browning”, “7.62 mm pulemyot” və uzaqdan idarə olunan silah modulları quraşdırılır. Silahlanma Xəzər üçün xarakterik olan seçici məcburetmə məntiqinə uyğundur: xəbərdarlıq, dayandırma, saxlama və müşayiət mərhələləri arasında çevik keçid mümkündür. Ağır zərbə yox, nəzarətli təsir əsas götürülür.
Şahin Qocayev
Ordu.az

