“Tarqovu”da hoteldə ölən şəxs diaspor rəhbəri imiş

29-01-2026, 00:11           
“Tarqovu”da hoteldə ölən şəxs diaspor rəhbəri imiş
Xəbər verdiyimiz kimi, Bakının mərkəzində yerləşən hotellərin birində meyit aşkarlanıb.

TEREF qafqazinfo-ya istinadən xəbər verir ki, ölən şəxs Rusiyanın Krasnodar əyalətində fəaliyyət göstərən diaspor rəhbəri Cəmil Əliyevdir.

Ailə üzvlərindən saytımıza bildirilib ki, mərhum həmin bölgədə vəkillik fəaliyyəti ilə də məşğul olub:

“Son vaxtlar işlə bağlı tez-tez Azərbaycana səfər edirdi. Sonuncu səfəri zamanı isə Bakının “Tarqovu” ərazisindəki hotellərdən birində ürək çatışmazlığından vəfat edib”.

Xatırladaq ki, Rusiya vətəndaşı 1968-ci il təvəllüdlü Cəmil Paşa oğlu Əliyevin meyiti “Tarqovu” məhəllə adlanan ərazidə Tərlan Əliyarbəyov küçəsində yerləşən hoteldəki otaqda tapılıb. Onun üzərində hər hansı xəsarət aşkarlanmayıb.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru