"Əyani oxuyanı apara bilməzlər" - Xaricdə təhsil alanlar hərbi xidmətə çağırılırlar? - VİDEO

29-01-2026, 00:14           
"Əyani oxuyanı apara bilməzlər" -
Baku TV-yə müraciət edən vətəndaş iddia edir ki, oğlu tələbə olduğu halda hərbi xidmətə çağırılıb.

Şikayətçinin sözlərinə görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti oğlunun təhsil alması haqqında sənədi qəbul etmir və onu "təsdiqlənməmiş" hesab edir:

"Halbuki sənəddə heç bir problem yoxdur. Oğlum Ukraynada əyani təhsil alır. Lakin onu kabinetə çağıraraq təhsildən imtina etməsi və əsgərliyə getməsi barədə ərizə yazdırıblar".

Məsələ ilə bağlı Dövlət Xidmətindən bildirilib ki, ali təhsil pilləsinin bütün səviyyələri üzrə xarici ölkələrdə faktiki olaraq əyani təhsil alan çağırışçılara heç bir məhdudiyyət olmadan çağırışdan möhlət verilir:

"Lakin distant (onlayn) formada təhsil alan çağırışçılara möhlət hüququ şamil olunmur. Qanunvericilikdə ali təhsil pilləsinin bütün səviyyələri üzrə yalnız əyani təhsil alan çağırışçılara hərbi xidmətə çağırışdan möhlət hüququ nəzərdə tutulub. Müxtəlif fors-major hallarla bağlı istisnalar müəyyən edilməyib. Konfidensial fərdi məlumatlar isə qanunla müəyyən olunmuş hallar istisna olmaqla üçüncü şəxslərə yalnız subyektin razılığı əsasında verilə bilər".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru