Əsgərlik dövründə əməkhaqqının ödənilməsi qaydası necədir? - Ekspertdən AÇIQLAMA VİDEO

29-01-2026, 16:18           
Əsgərlik dövründə əməkhaqqının ödənilməsi qaydası necədir? -
Əmək Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, işçi hərbi və ya alternativ xidmətə çağırıldığı halda əmək müqaviləsinə xitam verilərsə, işəgötürən işçiyə ortaaylıq əməkhaqqının azı üç misli miqdarında müavinət ödəyəcək.

Hüquqşünas Sahib Məmmədov deyir ki, sözügedən müavinət əvvəl də olub. Lakin indiyədək bu məbləğ əməkhaqqının azı iki misli qədər idi.

Qeyd edək ki, Əmək Məcəlləsinə görə, işçinin müddətli həqiqi hərbi xidmətdə olduğu müddət ərzində əvvəlki iş yeri və vəzifəsi saxlanılır.

Bu şəxslər hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək həmin müəssisədə və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerində əvvəlki və ya buna bənzər vəzifəyə qayıtmaq hüququna malikdirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru