Yerə oxşar planet kəşf edilib

29-01-2026, 16:38           
Yerə oxşar planet kəşf edilib
"Kepler" kosmik teleskopu 2018-ci ildə fəaliyyətini başa vursa da, onun məlumatları əsasında edilən kəşflər davam edir. Növbəti belə kəşf Yerə son dərəcə bənzər, lakin olduqca soyuq olan bir planetin aşkar edilməsidir.

Bu barədə "The Astrophysical Journal Letters" nəşri xəbər verir.

Yer ölçülərində olan səma cismi Günəş tipli bir ulduzun ətrafında, bizdən təxminən 146 işıq ili məsafədə dövr edir. Hələlik təsdiq tələb edən "namizəd" statusuna malik bu planetin orbital dövrünün Yerə yaxın - təxminən bir il olduğu ehtimal edilir.

Ona verilən "HD 137010 b" adı ilə tanınan planet, həmçinin öz ulduzunun "yaşayış zonasının" ən kənar sərhədində yerləşə bilər. Bu isə uyğun atmosfer şəraitində planetin səthində suyun mövcud ola biləcəyi məsafə deməkdir.

Ulduz kifayət qədər parlaq və yaxın olduğu üçün gələcəkdə detallı müşahidələr aparmaq mümkündür. Planetin aldığı istilik və işıq miqdarı Yerə Günəşdən çatan enerjinin üçdəbirindən də azdır. Bu isə planetin səth temperaturunun mənfi 68 dərəcə Selsidən yuxarı qalxmaması ehtimalını yaradır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru