Sürətli Günəş küləyi tac dəliyindən Yerə çatıb, lakin hələlik maqnit qasırğaları müşahidə olunmur.
Oxu.Az bildirir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Günəş-Yer Fizikası İnstitutu "Telegram" kanalında məlumat verib.
"Kəskin zərbələr qeydə alınmayıb, amma sürət tədricən artır. Zəif maqnit qasırğaları mümkündür", - deyə məlumatda qeyd olunur.
Mütəxəssislərin bildirdiyinə görə, orbitdən daxil olan plazma parametrləri qütb parıltılarının müşahidəsi üçün əlverişli görünür.